Böyük Britaniyanın Baş naziri Çinə səfər edəcək
Pekin, 27 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer yanvarın 28-dən 31-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Səfər Çinin Dövlət Şurasının sədri Li Çianın dəvəti əsasında baş tutacaq. Baş naziri səfərdə iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. Kir Starmer paytaxt Pekindən sonra ölkənin maliyyə mərkəzi olan Şanxaya da baş çəkəcək.
Qeyd edək ki, bu, Kir Starmerin Baş nazir vəzifəsində Çinə ilk səfəri olmaqla yanaşı, həm də 2018-ci ildən sonra Böyük Britaniyanın hökumət başçısının Çinə birinci səfəri olacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]