BÖYÜK BRİTANİYANIN KRAL POÇTUNDA HƏR İL 14 MİLYON MƏKTUB İT-BAT OLUR
Tədqiqatın nəticələrinə görə, “itirilmiş” poçt göndərişlərinin təxminən 60 faizi öz ünvanına gətirilmir. Rəyi soruşulanların yarısından çoxu bildirmişdir ki, son yarım ildə onlara ünvanlanmayan məktublar almışlar. Bununla yanaşı, qanunsevər britaniyalıların 48 faizi onlara aid olmayan məktubları lazımi ünvana aparmış, yaxud poçta qaytarmışdır.
Bütün bunlara baxmayaraq, britaniyalıların yalnız 10 faizi Kral poçtunun fəaliyyətindən şikayət etməyə hazırdır.