BÖYÜK ŞƏHƏRLƏR QASIRĞANI CƏLB EDİR
Bakı, 6 sentyabr (AZƏRTAC). Honkonq Universitetinin əməkdaşı, meteoroloq Conni Çan və onun həmkarları müəyyən etmişlər ki, böyük şəhərlər və meşələrlə zəngin yerlər sanki tropik siklonları özünə çəkir. Belə yerlər siklonları gücləndirən qasırğaların tüğyan etdiyi mürəkkəb relyefli ərazilərdir. Müşahidələr göstərir ki, böyük şəhərlərin yanından keçən siklon 30 kilometrdən artıq məsafədə dönərək yolunu dəyişə bilər. Bir neçə yüz kilometrlik burulğanlı atmosfer strukturu üçün bu dönüş heç də böyük məsafə deyildir. Lakin şəhər əhalisi üçün bu, ölüm-dirim məsələsi ola bilər.
Əgər şəhər böyük çayın deltasında yerləşirsə, vəziyyət bir az da çətinləşir. Şaxələnmiş çay sistemləri siklonun “ömrünü” uzadır, suyun əlavə buxarlanmasına səbəb olur. Məsələn, ABŞ-ın Missisipi çayının deltasında yerləşən şəhərləri belə güclü qasırğalardan tez-tez “əziyyət çəkir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]