BP Azərbaycanda potensialın artırılmasına dəstəyini davam etdirir
Bakı, 25 may, AZƏRTAC
“BP Azerbaijan” şirkəti öz tərəfdaşları ilə birlikdə 2011-ci ildə əsasını qoyduğu və 8 il uğurlu fəaliyətdən sonra 2018-ci ildə davamlı və müstəqil idarə olunması üçün Bakı Ali Neft Məktəbinə təhvil verdiyi Layihə İdarəetmə Məktəbinə (LİM) dəstək verməyə davam edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu dəstəyin və ölkədə yerli imkanların və ümumi potensialın artırılmasına yönəlmiş öhdəliyinin tərkib hissəsi kimi BP Azərbaycan hazırda 2021-ci il LİM proqramında 20 nəfərin iştirakını maliyyələşdirir. Hər qurumdan 10 nəfər olmaqla, bu iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələridir.
BP-nin bu dəstəyinin ümumi məbləği 170 min AZN-dir.
LİM layihəsi yerli menecerlərin müfəssəl beynəlxalq layihə idarəetmə proqramından istifadəsini təmin etmək məqsədilə xüsusi olaraq tərtib edilib. Ümumilikdə 7 moduldan ibarət olan LİM proqramını tam bitirənlər ABŞ-ın Dyuk Universitetinin qlobal miqyasda tanınan “Layihə İdarəetmə üzrə Peşəkar Sertifikat”ını (" Professional Certificate in Project Management") əldə edir və DCPM (“Duke Certified Project Managers”) dərəcəsini qazanırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]