BRAZİLİYA İLƏ BOLİVİYA ARASINDA YENİ “QAZ MÜHARİBƏSİ” BAŞLANMIŞDIR
Evo Morales hökumətinin bu tədbiri Braziliyada narazılıq doğurmuşdur. “Petrobraz”ın qaz emalı müəssisələri Boliviya bazarının qaza tələbatının 90 faizini ödəyir. İndi “Petrobraz” bütün məhsulu YPFB-yə təhvil verməlidir. YPFB bu qazı yerli bazarda satacaq və yalnız 30 gündən sonra Boliviya ərazisindəki qaz emalı müəssisələrinə kompensasiya ödəyəcəkdir. Bütün gəlir Boliviya xəzinəsinə köçürüləcəkdir.
Braziliya hökuməti Boliviyanın qərarına dəqiq və aydın cavab vermək niyyətindədir. Prezidentin mülki administrasiyasının başçısı, nazir Dilma Russef Boliviyanın bu qərarı ilə əlaqədar təəssüfləndiyini söyləmiş və onun bir qədər əvvəl əldə olunmuş razılaşmalara uyğun gəlmədiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]