BRAZİLİYA KLUBLARI FƏLƏSTİNDƏ SÜLH NAMİNƏ YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRƏCƏKLƏR
Bakı, 1 iyul (AZƏRTAC). Braziliyanın ən populyar futbol klubları olan “Flamenqo” və “Korintians” sentyabrın 15-də Fələstində yoldaşlıq görüşü keçirəcəklər. Braziliya hökumətinin təşəbbüsü olan bu aksiya sülh naminə çıxış olacaqdır. Matçın tarixi “Flamenqo”nun saytında rəsmən elan edilsə də, görüşün keçiriləcəyi yerin adı hələ açıqlanmamışdır.
Bu, Braziliya hökuməti tərəfindən təşkil edilmiş ikinci “Sülh naminə matç” olacaqdır. Birinci belə görüş 2004-cü ildə Port-o-Prensdə Braziliya və Haiti yığmaları arasında keçirilmişdi. O vaxt Karib dənizi hövzəsində yerləşən Haitidə siyasi böhran yaranmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]