Braziliya millisinin 69 illik məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub
Bakı, 22 noyabr, AZƏRTAC
Braziliya millisi dünya çempionatının seçmə mərhələləri tarixində ilk dəfə evdə məğlub olub.
AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, bu, “sambaçılar”ın DÇ-2026-nın seçmə mərhələsində Argentina yığmasına 0:1 hesabı ilə uduzduqları oyuna təsadüf edib.
Cənubi Amerika təmsilçisi bunadək keçirdiyi 64 ev matçından 51-də qələbə qazanmış, 13-də isə heç-heçə etmişdi. Braziliyalı millisinin seçmə mərhələdə 64 oyunluq uğurlu seriyası 1954-cü ildə Çili yığmasına qarşı keçirdikləri debüt qarşılaşmasından (1:0) sonra başlayıb.
Hazırda dünya çempionatlarının seçmə mərhələlərində doğma meydanda uduzmayan yeganə komanda İspaniya millisidir.
Qeyd edək ki, Braziliya millisi seçmə mərhələdə 6 turdan sonra 7 xalla altıncı pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]