MƏDƏNİYYƏT
Braziliyada Nizami Gəncəvinin aforizmlərindən ibarət kitabın təqdimatı olub
Bakı, 27 oktyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKSOY-un, Azərbaycan-Braziliya dostluq qrupunun sədri, senator Kristovam Buarkenin dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin təşkilatçılığı ilə ortaq türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində Braziliya Milli Konqresində Nizami Gəncəvinin portuqal dilinə tərcümə edilmiş aforizmlərindən ibarət kitabın təqdimetmə mərasimi keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “Zaman üzərindən bir körpü” adlı nəşrdə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin əsərlərindən seçilmiş aforizmlər ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.
Tədbirdə parlamentarilər, diplomatik korpusun üzvləri, ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştirak ediblər.