BRICS bankının prezidenti: Çoxqütblü iqtisadi sistem qlobal iqtisadiyyatda sabitlik yarada bilər
Bakı, 7 iyun, AZƏRTAC
BRICS ölkələrinin maliyyə qurumu olan “BRICS Development Bank”ın (NDB) prezidenti, Braziliyanın sabiq dövlət başçısı Dilma Russeff bildirib ki, çoxqütblü iqtisadi sistemin yaradılması qlobal iqtisadiyyatda qeyri-sabitliyi aradan qaldıra bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Rusiyada keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Dilma Russeffin sözlərinə görə, böyük iqtisadiyyatlardakı problemlərin yaratdığı qlobal iqtisadi qeyri-sabitlik riskini azaltmaq üçün çoxqütblü iqtisadiyyat lazımdır. O əlavə edib ki, mövcud sistem yalnız bir neçə ölkəyə fayda verir.
Bankın prezidenti deyib: “İnkişaf etmiş ölkələr və ya onların özlərinin adlandırdığı kimi Qlobal Şimal, şübhəsiz ki, hazırda dünyanın üzləşdiyi davamlı problemlərin həllini təmin etmək iqtidarında deyil. Bunun üçün bizə qlobal şoklara və böhranlara tab gətirə biləcək yeni mərkəzləri olan çoxqütblü iqtisadiyyat lazımdır. Bu, böyük iqtisadiyyatlardakı problemlərin yaratdığı qlobal iqtisadi qeyri-sabitlik riskini azaltmağa qadirdir”.
Qeyd edək ki, BRICS ölkələrinin NDA bankı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankına alternativ yaratmaq, həmçinin üzv dövlətlərin dollardan asılılığını azaltmaq məqsədilə 2015-ci ildə təsis edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]