Britaniya daha 19 miqrantı Fransaya deportasiya edib
London, 10 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti daha 19 qanunsuz miqrantı Fransaya deportasiya edib. Bu, iki ölkə arasında miqrantların geri qaytarılması ilə bağlı imzalanmış razılaşma çərçivəsində reallaşıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, miqrantlar iki reyslə Fransaya göndərilib. Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, bu, ölkəyə kiçik qayıqlarla gəlmək istəyənlərə açıq mesajdır: “Əgər ölkəyə qanunsuz şəkildə daxil olmağa çalışsanız, saxlanılacaq və geri göndəriləcəksiniz. Buna görə bu səyahətə çıxmazdan əvvəl iki dəfə düşünün”, - deyə nazir bildirib. O əlavə edib ki, cəmi bir neçə həftə ərzində Fransa ilə miqrantların geri qaytarılması razılaşması çərçivəsində 26 nəfər geri qaytarılıb və bu prosesin davam edəcəyi gözlənilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]