Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Britaniya jurnalında Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin edilməsində israrlı olduğu vurğulanır

Bakı, 1 iyun, AZƏRTAC

28 May – Müstəqillik Gününün 105-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun “Diplomat” jurnalında məqaləsi dərc edilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, məqalədə qeyd olunur ki, qısa müddət mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu irs 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra milli kimliyin və dövlətçiliyin mühüm tərkib hissəsini təşkil edib.

Bildirilir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında beynəlxalq hüquqa əsaslanan və regionunun gələcəyinə ümumi baxış əsasında formalaşmış güclü tərəfdaşlıq qurulub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və Britaniyanın strateji tərəfdaş kimi cəlb olunduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənub Qaz Dəhlizi layihələrinin Avropanın enerji xəritəsini dəyişdiyi vurğulanır. Regional əməkdaşlığın əsas sütunlarından birini təşkil edən Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizin son zamanlar baş verən geosiyasi təlatümlərin fonunda böyük strateji dəyər qazandığı qeyd olunur.

Azərbaycan və Britaniya arasında humanitar sahədə əməkdaşlıqdan bəhs edərkən, Britaniyanın aparıcı universitetlərində minlərlə azərbaycanlının təhsil alması, hər il Vindzor Kral Atçılıq Şousunda Azərbaycanın mədəniyyətinin nümayiş olunması, Kral III Çarlzın himayədarlıq etdiyi ənənəvi incəsənət üzrə şahzadə məktəbinin İçərişəhərdə fəaliyyəti misal olaraq göstərilir.

Azərbaycan və Britaniya arasında mövcud olan uğurlu əməkdaşlığın əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu, müasir Azərbaycanın uğurlarının məhz onun uzaqgörən rəhbərliyi sayəsində mümkün olduğu bildirilir. Qeyd olunur ki, Britaniya vətəndaşları mərhum Kraliça Ülyahəzrət II Elizabetin xatirəsinə necə ehtiram bəsləyirlərsə, cari ildə Heydər Əliyevin yüzilliyini qeyd edən xalqımız onun irsini minnətdarlıqla xatırlayır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin regional inteqrasiya və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi qeyd olunur. Bu xüsusda qonşu Ermənistanla otuzillik münaqişədən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün sülh sazişi imzalamaqda israrlı olduğu vurğulanır. Zorakı münaqişələr və qeyri-sabitliklə dolu dünyada Prezident İlham Əliyevin sülhlə bağlı gündəliyinin regionunun firavan və təhlükəsiz gələcəyi üçün əsas olduğu diqqətə çatdırılır.

Həmçinin məqalədə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin dirçəldilməsində Britaniya şirkətlərinin əsas tərəfdaşlar sırasında olduğu bildirilir, ərazilərin minalardan təmizləməsi səylərini dəstəkləməklə bir vaxtlar işğal olunmuş torpaqların mülki əhalisinin qayıtmasına və iqtisadi fəaliyyət üçün təhlükəsiz olmasına Britaniyanın öz töhfəsini verdiyi qeyd edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqroda əhalinin siyahıyaalınması prosesi başlayıb

Filippin sahillərində növbəti zəlzələ qeydə alınıb

Türkiyə Prezidenti Qətərə gedir

Ciorcia Meloni: Qərbi Balkan ölkələri Aİ-yə qoşulmayanadək Avropanı birlik adlandırmaq olmaz

Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib

İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlar keçdiyini açıqlayıb

Musiqili Teatrda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində "Qaragöz" tamaşası nümayiş olunub

Filarmoniyasında Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib

Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub

Vaxtanq Maisaya: Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı işdən çıxarılıb

Şirvanda küçələrin asfaltlanması işləri görülür

Giorgi Qoqua: Ermənistan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir

Papa Fransisk ənənəvi “Angelus” duasını yenə videobağlantı ilə edib

Saatlı sakini babasından qalmış yivli silahı könüllü olaraq polisə təhvil verib

İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb

Marneulidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması

COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub YENİLƏNİB

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək

Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olunub

Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb VİDEO

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb

Sabah paytaxtda şimal-qərb küləyi əsəcək

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Nəsimi, Səbail və Xətai rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb