Britaniya parlamentinə rekord sayda müsəlman deputat seçilib
Bakı, 10 iyul, AZƏRTAC
İslamofobiyanın artması tendensiyasına baxmayaraq, Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Britaniyanın Müsəlman Şəbəkəsinin məlumatına görə, parlamentin aşağı palatası olan İcmalar Palatasına 2019-cu ildə 19 müsəlman seçildiyi halda, son seçkilərdə bu rəqəm 25-ə çatıb. Bu deputatların 18-i Leyboristlər Partiyası, dördü müstəqil, ikisi Mühafizəkarlar Partiyası, biri isə Liberal Demokratlar Partiyasının namizədidir.
Agentlik qeyd edir ki, müsəlman seçicilərin Qəzzaya dəstəyi səsverməyə əhəmiyyətli dərəcədə təsir edib və beş müstəqil namizəd, o cümlədən dörd müsəlman parlamentdə yer qazanıb.
Böyük Britaniyada 3,4 milyon müsəlman yaşayır. Seçkilərin bu nəticələrinin ölkənin siyasi mənzərəsində əhəmiyyətli bir mərhələ olduğu və müsəlman icmalarının artan müxtəlifliyinə, habelə Londonun siyasətinə təsirini əks etdirdiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]