Britaniyada yeniyetmələrin dörddəbiri psixi sağlamlıq dəstəyi üçün süni intellektə müraciət edir
London, 9 dekabr, AZƏRTAC
Böyük Britaniyada aparılan yeni araşdırma yeniyetmələr arasında süni intellektə müraciətin artdığını göstərib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, İngiltərə və Uelsdə 13-16 yaş aralığında olan 11 min uşaq arasında keçirilmiş sorğuya əsasən, yeniyetmələrin dörddəbiri son bir ildə psixi sağlamlıqla bağlı dəstək almaq üçün süni intellekt çatbotlarından istifadə edib.
Tədqiqat göstərib ki, yeniyetmələrin yarıdan çoxu ötən il ərzində hər hansı onlayn psixoloji dəstək formasına üz tutub və onların 25 faizi məhz süni intellekt əsaslı çatbotlardan kömək alıb.
Gənclərin rifahı ilə bağlı fəaliyyət göstərən “Youth Endowment Fund” (YEF) xeyriyyə təşkilatı tərəfindən aparılan araşdırma, həmçinin ciddi zorakılıqdan təsirlənən uşaqların onlayn dəstəyə daha çox müraciət etdiyini üzə çıxarıb. Şiddət qurbanı olan yeniyetmələrin 38 faizi, zorakılıq törətmiş uşaqların isə 44 faizi psixoloji dəstək üçün süni intellekt çatbotlarına müraciət etdiklərini bildirib.
YEF bildirir ki, süni intellekt çatbotları çətinlik yaşayan gənclər üçün daha əlçatan görünür, çünki anonim şəkildə və günün istənilən vaxtında danışmaq onlar üçün real mütəxəssislə ünsiyyətdən daha rahat və təhlükəsiz hiss oluna bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]