Britaniyalı teleaparıcı yunan adasında itkin düşüb
London, 8 iyun, AZƏRTAC
Altmış yeddi yaşlı Britaniyalı teleaparıcı Maykl Mosli Yunanıstanın Simi adasında itkin düşüb.
AZƏRTAC xəbər verir ki, o, sonuncu dəfə çərşənbə günü saat 13:30 radələrində adanın mərkəzinə doğru piyada gedərkən görülüb. Onun axşam 19:30 saatlarında qayıtmamasından sonra həyat yoldaşı yerli polisə xəbər verib.
Hazırda adanın yerli insanları, Rodosdan gələn helikopter və yunan zabitləri, eləcə də adadan kənardan cəlb edilmiş polislərin axtarış-xilasetmə əməliyyatına qoşulduğu qeyd edilib.
Maykl Mosli Britaniya telekanallarında səhiyyə ilə bağlı proqramlarda aparıcılıq edib. O, "This Morning" və "The One Show" kimi televiziya proqramlarında, həmçinin BBC kanalında yayımlanan "Trust Me, I'm A Doctor" proqramının aparıcılarından biri olub. Maykl Musli “Royal Free Hospital”da tibb təhsili alıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]