ELM VƏ TƏHSİL
BSU-DA “TÜRKİYƏ ARAŞDIRMALAR MƏRKƏZİ” AÇILMIŞDIR
Bu münasibətlə keçirilən mərasimdə Türkiyə Atatürk Mərkəzinin direktoru, professor Taciser Onuk, “Türk dil” qurumunun direktoru Şükrü Haluk Akal, Pamukkala Universitetinin professoru Öndər Qöçqun iştirak etmişlər.
Mədəniyyət mərkəzi ilə tanışlıqdan sonra türkiyəli qonaqlarla universitetin professor və müəllim heyətinin görüşü keçirilmişdir. Universitetin rektoru, professor Kamal Abdullayev bu elm ocağının və buradakı türkologiya şöbəsinin fəaliyyəti barədə məlumat vermiş, BSU-da Mərkəzin açılmasına yaxından kömək göstərdiyi üçün Atatürk Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Taciser Onuk rəhbərlik etdiyi qurumun fəaliyyətindən, danışaraq bidirmişdir ki, türk xalqlarının tarixinə dair 306 kitab nəşr etdirmiş Mərkəz müntəzəm olaraq simpoziumlar və konfranslar keçirir.