Azərbaycan Dövlət İnformasiya Agentliyi

BU AĞRI HƏMİŞƏ QƏLBİMİZİ SIZLADACAQDIR
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİ ANMA MƏRASİMİ

Bakı, 18 yanvar (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Vətən övladlarının məzarları üzərinə gül qoymuşlar.

Tədbir 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başlanmışdır.

Şəhidlərin ruhuna dua oxunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə çıxış etmişdir. O demişdir ki, Qanlı Yanvar hadisələrinin 20-ci ildönümü ərəfəsində yığışmağı özümüzə borc bildik. Bu, şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəyimizdə gəzdirdiyimiz vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü, Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin bərpası, torpaqlarımızın qaytarılması və imansız bir imperiyanın dağılması uğrunda mübarizənin ilk qurbanlarına - 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə, Allah-taala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalanlara sonsuz ehtiramımızdır.

1990-cı ilin 20 yanvarında baş verən hadisələrin təfsilatını çoxlarınız xatırlayırsınız, lakin baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl ssenarilərini hələ də əksəriyyət bilmir. Əslində bu, “Böyük Ermənistan” xülyası ilə yaşayan aqanbekyanların, şahnazarovların, balayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərinin xalqımıza qarşı əvvəlcədən hazırlanmış planı idi. Onlar hələ 1987-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyevi Sov.İKP MK Siyasi Büro üzvlüyündən kənarlaşdırarkən Azərbaycanı başsız qoymaq, yenilməz nüfuza malik rəhbərdən məhrum etmək niyyətində idilər. Heydər Əliyevin SSRİ dövlətinin yüksək mənsəbli liderlərindən olması, Siyasi Büro üzvü seçilməsi, o zaman dünya müsəlman dövlətlərinin rəhbərləri tərəfindən böyük iftixar və qürur hissi ilə qarşılanırdı. Onun nüfuzunun yenilməzliyi Moskvanın erməni lobbisini narahat edir, Qorbaçov və ətrafını qıcıqlandırırdı. Heydər Əliyevi siyasi həyatdan uzaqlaşdırmaqla bu nüfuzun sınacağına ümid bəsləyənlər ilk növbədə bu niyyətlərini həyata keçirdilər.

Dağlıq Qarabağ və ətrafındakı hadisələr cərəyan edərkən ölkəmizin və əhalimizin başına gətirilən müsibətlərin əsas mənbəyi yerli hakimiyyətin səriştəsizliyi, sapı özümüzdən olan baltaların sovet rəhbərlərinin çaldığı hava ilə oynaması, xalqın tələb və ehtiyaclarına biganəlik idi. Əsgəran qarşıdurmasını, Topxana meşələrinin qırılmasını, azərbaycanlıların qaçqınlar ordusuna çevrilməsini laqeydliklə seyr edənlər Heydər Əliyevi siyasi arenaya dəvət etmək, onun dövlət idarəçiliyi təcrübəsindən, müdrikliyindən, iş bacarığından istifadə etmək əvəzinə intriqalar qurur, müxtəlif qruplaşmalar yaradır, əks-təbliğat kampaniyaları aparırdılar.

Beləliklə, ölkədəki hakimiyyətin siyasi simasızlığına arxalanan sovet rejimi Azərbaycanın sahibsiz və arxasız qaldığına dair tam əminlik əldə etdi və növbəti təxribat onun planlarının davamı oldu.

Hadisələrin sonrakı gedişatını əksəriyyətimiz yaxşı xatırlayırıq: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq öz vətəndaşlarına - qocalara, qadınlara, uşaqlara, azərbaycanlılara, ruslara, yəhudilərə, bir sözlə, dinc əhaliyə qanlı divan tutdular. Xüsusi təyinatlı dəstələrin amansız qəddarlığı nəticəsində Bakıda və respublikanın bir sıra rayonlarında, bizim hesablamalarımıza görə, 137 nəfər şəhid edildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir etmək və ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.

Vəziyyətin ən ümidsiz məqamı ölkənin çətin günündə o zamankı respublika rəhbərliyinin səriştəsizliyi sayəsində dövlətin bütün siyasi və inzibati orqanlarının iflic vəziyyətinə düşməsi ilə bağlı idi. Ölkədə tam bir hakimiyyət boşluğu yaranmış, xalq və dövlət arasında dəhşətli bir uçurum əmələ gəlmişdi. Dövlətə və allahsız kommunist ideologiyasına inamını itirən Azərbaycan xalqı bu məqamda kimə müraciət edəcəyini bilmirdi. Digər tərəfdən, mərkəz vəziyyətdən istifadə edərək baş verənləri milli və dini münaqişə kimi qələmə verməyə çalışır, xalqımızın istibdada qarşı mübarizəsini dünya ictimaiyyətinə İslam fundamentalizmi, ekstremizm kimi təqdim edirdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altına alınmışdı. Məqsəd dövlətimizi parçalamaq, separatçılığa sürükləmək, milli məhvə məhkum etmək idi. Bütün bunlar ermənilərin əlində oyuncağa çevrilmiş qorbaçovların, faşist ruhlu sovet siyasi rəhbərliyinin uzun illər ərzində xalqımıza qarşı planlaşdırdığı düşmənçilik siyasətini aydın göstərirdi.

Həmin günlərdə ölkədə çalışan, fəaliyyət göstərən, təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri - Qafqaz Müsəlmanları İdarəsi idi. Qafqaz Müsəlmanları İdarəsi hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi; yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilatı rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili - bunlar bizim fəaliyyətimizin yalnız görünən tərəfiydi. Əslində o məqamda idarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və yalançı “qəhrəmanlardan” fərqli olaraq xalqa həqiqi mənəvi dəstək oldu. Əgər o zaman keçmiş SSRİ rəhbərliyinin siyasi avantüralarına aldanıb hakimiyyət təklifləri qəbul edilsəydi, sonra xalqımızın, dövlətimizin başına nə müsibətlər gələcəyini təsəvvür etmək belə çətindir. Və nəhayət, əgər o faciəli dünənimizdə Heydər Əliyevin bizə və xalqımıza mənəvi dəstəyi olmasaydı, bugünkü sabitliyi, əmin-amanlığı, xalq və dövlət birliyini görmək bizə nəsib olmazdı.

Bu bir həqiqətdir ki, 20 Yanvar Azərbaycanı gözləyən bəlaların ilkin mərhələsi idi. O zaman xalqın haqq səsini, harayını dünyaya yaya bilməsəydik - Moskvadan Heydər Əliyev, Bakıdan isə biz təcavüzü ifşa edən bəyanatlarla çıxış etməsəydik, xalq birləşərək Vətənə sədaqətini nümayiş etdirməsəydi gələcəkdə Azərbaycan bu bəlalardan qurtula bilməyəcəkdi. Məhz bu birliyimiz sayəsində Azərbaycanın parçalanması ilə bağlı xain planların reallaşmasına imkan vermədik.

Bütün bunlar gəlişi gözəl sözlər deyil, 20 illik tariximizin müqayisəli təhlilindən yaranan mülahizələrdir. O qanlı dövrdə belə məsuliyyətin altına girməyin nə qədər ağır və təhlükəli olduğunu çoxlarınız xatırlayırsınız. Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq, yanvarın 21-də Təzəpir məscidinin həyətində minlərlə insanın iştirak etdiyi mitinq keçirildi. Şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində hərbi komendaturanın ciddi narazılığına baxmayaraq Dağüstü parkın seçilməsində israr olundu. Yanvarın 22-də tarixdə görünməmiş - milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq allahsız sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi. Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda biz “Vətən” cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova bəyanatımızı ünvanlaya bildik. İtaliyanın “Respublika” qəzetinin müxbiri Entso Mauro ilə görüşüb Bakıda törədilən cinayətlər haqqında həqiqətləri o zamankı Roma Papası II İoann Pavelə çatdırdıq. Daha sonra, ilk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olduq.

Bu mücadilədə bizim mənəvi dəstəyə, yol göstərən rəhbərə, zülməti işıqlandıran bir insana böyük ehtiyacımız vardı. Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına daxil olan ilk başsağlığı teleqramı Moskvadan, ulu öndərimiz Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqın taleyi ilə döyünən bu böyük insan baş verənləri Azərbaycan xalqına qarşı törədilmiş cəza tədbirləri kimi dəyərləndirirdi. Moskvadakı daimi nümayəndəliyimizdə həmvətənlərimiz qarşısında çıxışı ilə sovet imperiya siyasətini kəskin tənqid edən, kommunist ideallarından və partiya biletindən imtina edən Heydər Əliyev xalqın həqiqi mənəvi atasının, əsl dövlət xadiminin və mübariz başçının dəyişməz ləyaqətini nümayiş etdirdi. Elə buna görə də, məhz onun hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi.

Qafqaz Müsəlmanları İdarəsi bu müddət ərzində bütün qüvvə və ehtiyatlarını səfərbər etdi. O ağır məqamda yuxarıda Allah, yanımda yaxın dostlarım, idarənin əməkdaşları, xristian və yəhudi dini icmalarının rəhbərləri, müsəlman din xadimləri, Bakı İslam Universitetinin müəllimləri və tələbələri, arxamda isə böyük bir xalq ordusu vardı. Dünyanın bir sıra müsəlman və qeyri-müsəlman ölkələrindən, xüsusilə Türkiyə, Misir, Küveyt və Qafqazdan olan din qardaşlarımızın həmrəylik aksiyalarını xüsusi minnətdarlıqla qeyd etmək istəyirəm. O günlərdə Dağıstanın Dərbənd şəhərindən, Gürcüstanın Rustavi, Marneuli, Dmanisi şəhərlərindən zərər çəkmiş şəhid və yaralıların ailələri üçün ərzaq və dava-dərman göndərilirdi.

Qafqaz Müsəlmanları İdarəsi, sözün həqiqi mənasında ölkənin siyasi ab-havasını qoruyan və ictimai sabitliyi təmin edən mərkəzə - qərargaha çevrilmişdi. Bu gün həmin hadisələrin tarixi ardıcıllığını izləyən hər kəs Qafqaz Müsəlmanları İdarəsinin təmənnasız və fədakar fəaliyyətinin şahidi ola bilər.

Bizim fəaliyyətimiz, əlbəttə, 40 günlük aramsız matəm mərasimləri ilə bitmədi, daha sonra da - 20 il ərzində biz həm 20 yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin ailələrinə maddi və mənəvi yardımımızı əsirgəmədik. Yüzlərlə şəhid və əlil ailəsi müxtəlif yardımlarla təmin olundu, bu günə qədər onlar bizim xeyriyyə işlərimizdə xüsusi güzəştlərə malikdirlər. Amma biz hələ də şəhidlərə münasibətdə haqq-ədalətin tam yerini tutmadığını düşünürük. Biz geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin, başda M.Qorbaçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxarılmasını tələb edirik. Çox istərdik ki, tarixin acı dərslərinin təkrar olunmaması üçün hadisələrin siyasi xarakterini açıqlayan sənədli xronikalar, filmlər, əsərlər yaransın və əsl həqiqətlərlə illərdən bəri xalqı narahat edən şübhələrə son qoyulsun. Biz bu təşəbbüslə dövlətimizə müraciət etməyi düşünürük.

Şəhidlik - böyük məktəbdir. Yüz illər keçsə də, şəhidlər hörmətlə anılacaq, 20 Yanvar faciəsi İslamın müqəddəs Aşura mərasimi kimi uca və əziz tutulacaqdır. Çünki şəhidlik imanın ən yüksək zirvəsi, insan əxlaqının ən gözəl nümunəsidir. Şəhidlər bütün bəşəriyyət üçün fədakarlıq örnəyidirlər. Elə buna görə də, biz Qanlı Yanvar hadisələrinin 20 illik mərasimlərinin Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi qeyd olunmasının tərəfdarıyıq. Burada əyləşən bütün din xadimlərimizə, qazilərimizə, səlahiyyətli nümayəndələrimizə və ruhanilərimizə tədbirlərin bu səpkidə keçirilməsini tövsiyə edirik.

Unutmayın ki, 20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Heç bir mübarizə qansız olmadığı kimi, bizim də mücadiləmiz, təəssüf ki, qurbansız olmadı. Amma biz dözüm və fədakarlığımızla düşmənlərə meydan oxuduq, Allahın köməyi ilə dövlətçiıliyimizi və milli varlığımızı qoruyub saxladıq, yeni, daha gözəl bir Azərbaycan yaratdıq. Şükürlər olsun ki, İlahinin bizə böyük lütfü sayəsində ölkəmizin siyasi rəhbərliyinə Heydər Əliyev kimi müdrik rəhbər və İlham Əliyev kimi nüfuzlu lider gəldi. Ölkənin ən çətin məqamlarında, iqtisadi böhranlar və ictimai gərginliklər zamanı belə möhtərəm Prezidentimiz milli dəyərlərimizə, dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla yanaşdı. Biz dindarlar Azərbaycan xalqının gələcəyi naminə yeridilən daxili və xarici siyasəti hər zaman bəyənir və ürəkdən dəstəkləyirik. Bu gün də inanırıq ki, Allahın köməyi və Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ torpaqlarımızın qaytarılması uğrunda haqq mücadiləmizi qalib kimi başa vuracaq, dövlətimizin qüdrətini dünyaya bəyan edəcəyik, inşallah!

Dini Qurmlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsi Elmi-dini şurasının sədri akademik Vasim Məmmədəliyev, Bakı və Xəzəryanı Yeparxiyanın başçısı Aleksandr həzrətləri, Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov qeyd etmişlər ki, 20 Yanvar XX əsr Azərbaycan tarixinin ən qanlı hadisəsidir. Ən başlıcası odur ki, yanvar hadisələri vətəndaş müharibəsinə gətirib çıxarmadı, azadlıq hərəkatının başlanğıcı oldu. Burada dinin, onun birləşdirici gücünün rolu xüsusi vurğulanmışdır. Şəhidlər müstəqilliyimizin bərpası işinə töhfə vermişlər.

Tədbirdə Yasamal rayonundakı şəhid ailələrinin nümayəndələri iştirak etmişlər.

Konfrans iştirakçıları adından Milli Məclisə müraciət qəbul olunmuşdur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı və Qaradağın bəzi ərailərinin qaz təchizatında fasilə olacaq

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib