Bu gün Azərbaycan Premyer Liqasının XXIII turuna yekun vurulur
Bakı, 16 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turuna yekun vurulur.
AZƏRTAC xəbər verir ki, turun son oyun günündə iki qarşılaşması keçiriləcək.
Günün ilk matçında 36 xalla üçüncü pillədə qərarlaşan “Zirə” 14 xalla sonuncu olan “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionundakı matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Komandalar indiyədək ölkə çempionatında 18 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 11-də meydan sahibləri, 3-də qonaqlar qələbə qazanıblar. Dörd görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də Rəşad Sadıqovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 25:10.
“Zirə” doqquz oyundur uduzmur. “Səbail” son dörd matçda xal qazanmayıb.
Turun son oyununda “Neftçi” klubu “Bakcell Arena”da “Sabah” komandası ilə qarşılaşacaq. Hazırda “ağ-qaralar” 41 xalla ikinci, “ağ-göylər” isə 32 xalla beşincidir. Görüşün baş hakimi Kamal Umudlu olacaq.
İki komanda bunadək Premyer Liqada öz aralarında 14 oyun keçirib. On bir qarşılaşmada meydan sahibləri, 1 matçda qonaqlar qələbə qazanıblar. İki görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də flaqmanın üstünlüyü var - 27:8.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]