Bu gün Bakıda “TeamGym” üzrə Avropa çempionatına yekun vurulacaq
Bakı, 19 oktyabr, AZƏRTAC
Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatına bu gün yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirin sonuncu - dördüncü günündə böyük gimnastlar arasında qaliblər müəyyənləşəcək.
Kişilərdən və qadınlardan ibarət kollektivlər, eləcə də qarışıq komandalar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində çıxış edəcəklər.
Yekunda üç proqramın cəminə əsasən, ən yüksək xalı toplayan üç kollektiv fəxri kürsüdə yer alacaq.
İlk olaraq qadın gimnastlar qüvvəsini sınayacaqlar. Daha sonra qarışıq komandalar və kişilər bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, Azərbaycan turnirdə yalnız böyük kişi gimnastlardan ibarət komanda ilə təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]