Bu il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dolları ötüb
Kiyev, 19 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 519 milyon dollar olub.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 7 ayda Azərbaycan bu ölkəyə 273 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 246 milyon dollar olub.
Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]