Budapeşt Avropa İttifaqının tənqidini rədd edib
Budapeşt, 27 yanvar, AZƏRTAC
Macarıstan XİN-in başçısı Peter Siyyarto Rusiya ilə əlaqələrin məhdudlaşdırılması barədə Avropa İttifaqının müxtəlif “beyin mərkəzləri”ndən və rəsmi kabinetlərindən daxil olan çağırışları rədd edib.
AZƏRTAC xəbər verir ki, nazir avropalı siyasətçilərin belə çağırışlarını ikiüzlülük adlandırıb. O xatırladıb ki, Macarıstan bütün dövlətlərlə qarşılıqlı faydalı əsasda tərəfdaşlıq münasibətlərini dəstəkləyən müstəqil ölkədir.
Bununla yanaşı, o əlavə edib ki, əgər Avropa dövlətlərinin özləri onlara qazanc vəd edən layihələrdən imtina etsəydilər, bu, onda şübhə doğurardı. Siyyarto onu tənqid edənlərin ikili standartlarını ifşa edərək deyib: “İş orasındadır ki, buna bənzər bütün söhbətlər əksər hallarda ikiüzlülükdür. Diqqətlə baxsanız, görərsiniz ki, hamını sərt tənqid edən ölkələrin əksəriyyəti ən gəlirli biznesə malikdir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]