Budapeştdə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
Budapeşt, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, pandemiya ilə əlaqədar məhdud tərkibdə təşkil edilən tədbirdə səfir və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra səfir Tahir Tağızadə çıxış edərək dahi şəxsiyyətin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən bəhs edib, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan danışıb. Səfir Ulu Öndərlə bağlı xatirələrini bölüşərək, onun müasir Azərbaycan dövlətinin banisi, xilaskarı kimi xalqımızın xatirəsində daima yaşayacağını, irsinin hələ neçə illər boyu tədqiqat mövzusu olacağını söyləyib. T.Tağızadə Ümummilli Liderin yeritdiyi uzaqgörən və məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, torpaqlarımızın erməni işğalından azad edilməsinin bunun bariz nəticəsi olduğunu vurğulayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt