Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Bakı, 18 aprel, Anara Axundova, AZƏRTAC

Bu yaxınlarda Rusiyanın təşəbbüskar azərbaycanlı gənclər qrupu yeni sosial şəbəkə istifadəyə verib. Bulbul layihəsi (Xarıbülbül çiçəyinin adının qısaltmasıdır – red.) bütün dünya azərbaycanlılarını birləşdirmək məqsədi ilə yaradılıb. Bundan əlavə, digər sosial şəbəkələrdən fərqli olaraq, Bulbul biznes üçün təsirli vasitə ola bilər.

Layihənin yaradıcısı və rəhbəri hazırda Moskvada yaşayan və işləyən həmvətənimiz, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunu, iqtisad elmləri namizədi, ictimai xadim, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Ceyhun Hüseynovdur.

AZƏRTAC ilə söhbətində Ceyhun Hüseynov Bulbul sosial şəbəkəsinin heç də asan olmayan yaradılma prosesindən bəhs edib.

- Ceyhun, milli sosial şəbəkə yaratmaq ideyası necə yarandı?

- Bu ideya məndə 2016-cı ildə yaranıb, o vaxt mən hələ MDBMİ-nin yataqxanasında yaşayırdım. İT dünyasında Azərbaycana aid hansı tətbiq və əlavələrin olduğu ilə maraqlanmağa başladım və App Store-da fəaliyyətimizi əlaqələndirə biləcək hər hansı əlaqələndirici tətbiqimizin olmadığının fərqinə vardım. Sonra bu məsələni büdcəyə uyğun şəkildə necə həll edə biləcəyimiz barədə düşünməyə başladım. Konstruktorda Life.az adlı tətbiq yaratdım. Bu proqramda çoxlu məlumat olsa da, ən vacib şey - ünsiyyət elementi yox idi, insanlar onun əlavəsi çərçivəsində bir-biri ilə qarşılıqlı əlaqə qura bilmirdilər. Bundan başqa, konstruktorda heç bir şeyin əlavə edilə bilməyəcəyini başa düşdüm. Gündən-günə yeni fikirlər yaranmağa başlayanda və onların həyata keçirilməli olduğunun zəruriliyini anlayanda, proqram kifayət qədər əlverişsiz görünürdü. Məndən bir neçə dəfə müsahibə almışdılar və jurnalistlərdən biri məndən soruşdu: “Nəyə görə dünya azərbaycanlılarının sosial şəbəkəsini yaratmaq istəmirsiniz?” Həmin an düşündüm: “Niyə istəmirəm? - İstəyirəm!”(Gülür.) Bunu necə edəcəyim barədə fikirləşməyə başladım. İdeyamı həyata keçirə biləcək şirkətin axtarışına çıxdım. Beləliklə, həmin vaxtdan mənim “aludəçiliyim” başladı: səkkiz il ərzində beş şirkət, beş hekayə bir-birini əvəz etdi, onlardan dördü nəticəsiz oldu – müxtəlif mərhələlərdə layihə uğursuzluğa düçar oldu, hər dəfə müəyyən çətinliklər, qarışıqlıqlar yarandı. Bütün bunların arxada qalmasından sonra indi həmin hadisələr haqqında kitab yazmaq istəyirəm, çünki bu mərhələ, öz həyatında nəsə yaratmaq istəyən hər bir insanın keçməli olduğu bir yoldur. O başa düşməlidir ki, bu, həyatdır və insan bu yolda gündən-günə daha da püxtələşir və bacarıqlara yiyələnir, bəzi səhvlərə yol verir, bəzi sınaqlardan keçməli olur. Heç kim super istedadlara malik insan kimi doğulmur, sadəcə cəhdlərin sayı çox olur, bu statistikadır. Nə qədər çox cəhd ediriksə, həmin prosesin nəticə vermə ehtimalı daha yüksək olur və buna görə də, davam etmək gərəkdir. Bu səkkiz il ərzində ilk dəfə işlərim uğurla nəticələndi.

Həmin səkkiz il ərzində sizi ruhdan düşməyə qoymayan nə idi?

- Yəqin ki, bu, mənim inadkarlığımdır və ən başlıcası, Azərbaycan ictimaiyyətini birləşdirmək istəyimdir. Xüsusilə 2020-ci ildən sonra, Ali Baş Komandanımız, cənab Prezidentimiz, demək olar ki, təkbaşına bütün dünya ilə informasiya müharibəsi aparandan, bizim haqlı olduğumuzu əsaslandırandan, etibarlı tarixi faktlar göstərəndən sonra. Bütün xalqın mövqeyinin və fikrinin eşidilməməsi çox böyük ədalətsizlik idi. Rəşadətli Ordumuzun və Ali Baş Komandanımızın sayəsində biz yenə də tarixi ədalətə nail ola bildik. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin. 2020-ci ildə dərk etdim ki, ölsəm də, qalsam da, bu layihəni mütləq işə salmalıyam. Ona görə ki, bizə ilk növbədə, özümüzə etibarlı informasiyanı çatdıra biləcək platforma lazım idi. Çünki birdən buna zərurət yaranarsa, - ümid edirəm ki, belə bir gün gəlməyəcək! - fərqli bir qarşılıqlı əlaqə, koordinasiya səviyyəsinə sahib olacağıq ki, bütün lazımi məlumatları bir kliklə bütün dünyaya çatdıra bilək. Bu isə feysbuk qrupu, instaqram səhifəsi, şikayətlərlə qadağan edilə bilən və ya hakerlərin sındıra biləcəyi yutub kanalı deyil, daha yaxşı proqramdır. (Gülür.)

- Bəs 2020-ci il hadisələrindən əvvəl – bu ideya yeni yarananda qarşınıza hansı məqsədləri qoymuşdunuz?

- Biz bu tətbiqi ona görə yaratmışıq və təkmilləşdirmişik ki, Azərbaycan özünün həm daxili, həm də xaricisi siyasətində daha güclü, daha müstəqil olsun, bütün dünyada azərbaycanlılar daha sıx birləşsinlər. Təsəvvür edin: tanımadığınız bir ölkəyə gəlirsiniz və birdən hər hansı bir məsələdə köməyə ehtiyacınız yaranır. Siz xəritəni açırsınız, proqramda yaxınlıqda olan azərbaycanlı istifadəçiləri görürsünüz və onlara müraciət edirsiniz. Digər vacib səbəb isə vaxtilə Azərbaycanda doğulub boya-başa çatan və müxtəlif millətlərdən olan insanları birləşdirməkdir. Biz həmişə multikultural xalq olmuşuq və bu, bizim gücümüzdür. Böyük qürur hissidir ki, mən, adları şərti olan İvanı, Ruslanı, Məhəmmədi və Musanı qardaşlarım adlandıra bilərəm, çünki biz eyni ölkədə böyümüşük. Ancaq bunun başqa bir tərəfi də var. Biz dünyanı gəzəndə həmyerli olsaq da, bir-birimizdən ayrı düşürük. Məsələn, şərti olaraq, İvan pravoslav kilsəsinə, Musa sinaqoqa, Ruslan, məsələn, İranda dini mərkəzi olan şiə məscidinə, Məhəmməd Səudiyyə Ərəbistanında dini mərkəzə bağlı olan sünni məscidinə gedir və biz artıq bir-birimizi itiririk! Ona görə də, öz platformamızın olması çox vacibdir, biz, əslən Azərbaycandan olanlar, milliyyətimizdən və dinimizdən asılı olmayaraq birləşə bilməliyik.

- Bəs layihənizi kim dəstəklədi?

- Yenə də 2020-ci il idi, o vaxt mən hər gün efirə çıxırdım ki, gənclərimizlə söhbət edim, Azərbaycanda baş verənlər barədə danışırdım, Prezidentimizin sözlərinə və Bakının rəsmi mənbələrinə istinad edirdim. Bu efirlər zamanı mən bəzən indiyə qədər milli sosial şəbəkəni hələ də yaradıb başa çatdıra bilməməyimdən və onun bizim üçün necə zəruri olduğundan bəhs edirdim. Bir dəfə izləyicilərimdən biri, həmyerlimiz olan vətənpərvər bir şəxs mənə fikrimi dəstəkləmək və layihəyə sərmayə yatırmaq istədiyini bildirdi; ilk dəfə kimsə fikrimə mənim özüm kimi inanırdı. O dedi: “Bu pulu götür, bildiyin kimi sərf et, dediyin sosial şəbəkəni yarat, o platforma bizə, azərbaycanlılara lazımdır”. Onun adını deyə bilməyəcəyəm, çünki adını çəkməməyimi xahiş etdi. Bu faktın özü məni məsuliyyətli bir insan kimi məqsədimi sona çatdırmağa vadar etdi və elə həmin gündən etibarən daha çox çalışmağa başladım, həmin pula öz şəxsi vəsaitimi də əlavə etdim və layihə üzərində işə başlayacaq şirkətlə əməkdaşlığa başladım. Ancaq bir müddət sonra həmin şirkət fəaliyyətini dayandırdı, vəsaitin bir hissəsini mənə geri qaytardılar.

Bu, artıq dördüncü uğursuzluq idi, mən demək olar ki, ümidimi itirmişdim. Dedim ki, təkcə bu fikrə inanan insanın naminə mən dayana bilmərəm və sona qədər getməliyəm. Mən başqa şirkətlərə zəng etməyə başladım, sadəcə bir-birinin ardınca, təsadüfi seçimlə. Tapdım, razılaşdım və nəhayət, onlar hər şeyi etdilər. Bu, məsələnin texniki tərəfi idi. İndi ən vacib məsələ odur ki, sadə insanlar, gördüyüm işlərə görə mənə hər zaman təşəkkür edən həmvətənlərimiz tərəfindən dəstəkləndim və bu, məni çox sevindirir. Bunun üçün onlara təşəkkür etmək istəyirəm. Bu, mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Demək olar ki, 20 gün ərzində layihəmiz ətrafında formalaşan komandaya təşəkkür etmək istəyirəm. Bunlar, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi, Moskva Polad və Ərintilər İnstitutu, Sechenov Universiteti və Rusiyanın digər qabaqcıl universitetlərinin tələbələridir. Onlar bu ideya ətrafında toplaşan azərbaycanlılardır, bizim gənclərimizdir. Bu uşaqlar ilə işləmək mənim üçün inanılmaz bir zövqdür, çünki onlar çox savadlı, dərrakəlidir, məlumatları tez qavrayırlar, trendləri hiss edirlər. Onlar həm də müsahibə götürə, montajlaya, süjetləri səsləndirə, bir yazı yaza və onu bir neçə dilə tərcümə edə və hər hansı bir mövqe bildirə bilərlər. Onlarla məsləhətləşmək olar. İndi onlar bütün dünya azərbaycanlılarını birləşdirməyə kömək edəcək bu körpünü tikirlər.

- Çox gözəl, Ceyhun, layihəyə start verildi. Növbəti addımlar hansılardır? Sponsor dəstəyini cəlb etməyi planlaşdırırsınız?

- Layihəmiz kifayət qədər gəncdir, lakin buna baxmayaraq, o, artıq böyük marağa səbəb olub. Düşünürəm ki, bunun bir neçə səbəbi var. Birincisi, layihənin aktuallığıdır və mən buna görə çox şadam: bizim həqiqətən də milli ünsiyyət platformasına ehtiyacımız var idi. İkincisi, məhsulumuzun unikallığıdır, Bulbulun öz auditoriyası qarşısında açdığı imkanları anlayan istifadəçi gənc ailəmizin fəal üzvünə çevrilir. Növbəti planlarımız layihəni həm Android, həm də fərdi kompüterdə inkişaf etdirməkdir. Bəli, biz maliyyə axtarışındayıq, lakin onu çox diqqətlə axtarırıq ki, sabah məhsulumuza görə utanmayaq. Biz, kimi gəldi sərmayə qoymasına yaxın buraxmaq istəmirik. Çünki bu, milli sosial şəbəkədir və mənim üçün təhlükəsizliyin, Azərbaycana loyallığın mövcud olması çox vacibdir. Axı, mən bu gün layihənin bir hissəsini kiməsə satsam, sabah bu adam səsvermə hüququna malik olacaq və mən onun da Azərbaycana loyallıq məsələlərində mənim kimi davranacağına zəmanət verə bilmərəm.

- Kraudfandinq ehtimalını nəzərdən keçirmirsiniz (layihələrin kollektiv maliyyələşdirilməsi metodu – müəllif)?

- Nəzərdən keçiririk. Azərbaycanlıların sayı 10 milyondur, əgər hər kəs şərti olaraq ən azı 5 qəpik sərmayə qoyarsa, bu, bizim üçün kifayət edər ki, həm Android, həm də “Web”də platforma quraq ki, orada hamı qeydiyyatdan keçə bilsin. Ən çətini ideya yaratmaq, bənzərsiz bir vasitə işləyib hazırlamaq, aktuallığı müəyyənləşdirmək, fəaliyyət planı qurmaq və buna uyğun olaraq layihənin özünün texniki işlənməsi idi və bu məsələlər artıq geridə qalıb. İndi növbəti bir neçə il üçün hazır fəaliyyət planımız var, lakin bütün bunlar məsələnin texniki tərəfidir. Bizim üçün isə ən başlıcası – insanlar, həmvətənlərimiz, azərbaycanlılardır, çünki məhz onlar şəbəkəmizi milli edir. Prosesin ən çətin hissəsi artıq geridə qaldığı üçün, bütün dünyada xalqımızı gənc, lakin sürətlə artan Bulbul ailəmizin bir hissəsi olmağa dəvət edirik. Mən instaqram və ya feysbuk kimi artıq alışdığımız sosial şəbəkələrdən imtina etməyi təklif etmirəm, ancaq gənclərimizin yaratdığı milli layihəni dəstəkləməyə çağırıram.

- Nəhənglər haqqında söz açarkən… Bulbulun digər sosial şəbəkələrdə olmayan xüsusiyyətləri və “fişkaları” hansılardır?

- Bizim fərqli xüsusiyyətimiz odur ki, biz multiplatforma yarada bildik və orada sadəcə ünsiyyət, məlumat ötürülməsi həyata keçirilmir. Bu, həm müəssisələr arasında, həm də birbaşa alıcı ilə biznes fəaliyyəti üçün imkanları olan bir sosial şəbəkədir. Bu, kiçik və orta sahibkarlığın, özünüməşğulluğun dəstəklənməsidir. Platformamızda, məsələn, bəzi məhsullar sifariş etmək, restoranda masa sifariş etmək, həkimə yazılmaq olar. Bütün bunlar platformadan çıxmadan edilir, yəni istinadla hər hansı bir qurumun və ya təşkilatın veb-saytına keçid etmək lazım deyil. Əslində bu, hər şeyin olduğu “bir pəncərə” sistemidir. Planlarımızda öz İT ekosistemimizi, kuryer xidmətimizi, taksi xidmətimizi və s. yaratmaq var. Bundan əlavə, insanlara kömək etmək üçün yoxlanılmış məlumatların yer aldığı xeyriyyə bölməmiz olacaq.

- Siz, həmçinin gələcəkdə Bulbulda təkcə azərbaycanlıların deyil, həm də Azərbaycanla maraqlanan hər kəsin qeydiyyatdan keçməsini planlaşdırırsınız …

- Bəli. Biz Azərbaycandan başlayırıq, sonra diaspora keçirik, diaspordan isə bizə dost olan xalqlara keçməyi planlaşdırırıq: bu, Orta Asiya, türk dünyasıdır. Təkrar edirəm, heç kim dünya mediasından, dünya sosial şəbəkələrindən imtina etməli olduğunuzu söyləmir, lakin öz platformasına sahib olmaq həmişə böyük bir üstünlükdür. Təsəvvür edin ki, biz qarşıya qoyduğumuz bütün məqsədlərə nail olduq, Bulbulu elə bir səviyyəyə qaldıra bildik ki, hər bir sadə iş adamı proqramı endirir və ondan istifadə edir. Millətimizin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq istəyən başqa bir millətin istehsalçısı, öz növbəsində, milli sosial şəbəkəmizə daxil olur və orada onu maraqlandıran məsələləri axtarır. Avtomatik olaraq, bu şəxs artıq cəmiyyətimizə inteqrasiya edir, iş naminə sosial şəbəkəmizdə olur. O, xəbər lentini görür, yayımladığımız yazıları oxuyur. Azərbaycana gələn turist gələcəkdə sosial şəbəkəmizi yükləyir. Ona maraqlı və faydalı ola biləcək hər şeyi görür. O, Azərbaycan haqqında tam etibarlı məlumatlar əldə edir, taksi çağıra, hansısa regiona səfər edə, hətta bunda maraqlıdırsa, daşınmaz əmlak əldə edə bilər. Beləliklə, istirahət etmək üçün bir dəfə gələn insan öz telefonunda Azərbaycanı kəşf edir. Ölkəmizdə nəsə - misal üçün hər hansı yemək xoşuna gəlibsə, öz şəhərinə qayıdaraq orada Azərbaycan restoranı tapa bilər.

Çox şeyi inkişaf etdirmək olar. Lakin Bulbulun qarşıda qoyulan məqsədlərə nail olması üçün xalqımızın dəstəyinə ehtiyacı var. İnsanlar tətbiqimizi endirsinlər, ondan istifadə etsinlər və paylaşsınlar. Bundan sonra artım və inkişaf olacaq!

Bulbul tətbiqini linkdən endirmək olar: https://apps.apple.com/az/app/bulbul-social-network/id6443620589

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar