“BUREAU VERİTAS AZERİ L.L.C” ŞİRKƏTİ TƏLİM KURSLARI KEÇİRƏCƏK
Şirkətin Bakı ofisinin marketinq və satış əlaqələndiricisi İlqar Əlizadə AZƏRTAC-ın müxbirinə demişdir ki, 1828-ci ildən fəaliyyət göstərən Fransanın məhşur şirkətinin dünyanın 150 ölkəsində 600 ofisi, 16 min 500 işçisi vardır. Belə bir şirkətin bu ilin aprel ayından ölkəmizdə fəaliyyətə başlaması Azərbaycanda istehsal olunan məhsulların dunya bazarına çıxarılmasına və yeni iş yerlərinin açılmasına kömək edəcəkdir. İqtisadiyyatın müxtəlif sahələrində xidmət göstərən şirkət iyun ayının 21-dən standartlar, əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması, informasiya texnologiyaları üzrə cavabdeh şəxslər üçün təlimlərin keçirilməsinə başlayacaqdır.