Buzovna çimərliyi ərazisi məişət tullantılarından təmizlənmişdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Buzovna çimərliyində təmizlik aksiyası keçirilmişdir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, çimərlik mövsümündən əvvəl və sonra iməciliklərin keçirilməsi artıq ənənə halını almışdır. Budəfəki aksiyanın məqsədi şəhərimizin qonaqları üçün təmiz və gözəl istirahət şəraiti yaratmaq, paytaxt sakinlərini ətraf mühiti çirkləndirməkdən çəkindirməkdir.
“Təmizlik naminə” devizi ilə keçirilən aksiyada bir daha “Xəzərin sahillərinin ekoloji sağlamlığı hər birimizdən asılıdır” mesajı ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Aksiyaya qəsəbə sakinləri, xüsusilə gənclər qoşulmuşlar. Nəqliyyat, köynək, papaq və əlcəklərlə təmin edilmiş aksiya iştirakçıları tərəfindən çimərlik ərazisi müxtəlif məişət tullantılarından təmizlənmişdir.
Toplanmış bütün tullantılar hazırda sınaq rejimində fəaliyyət göstərən tullantıların çeşidlənməsi zavoduna daşınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]