Canni De Byazi: Hazırda bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm
Bakı, 24 iyul, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasına baş məşqçi təyin olunan italiyalı Canni De Byazi İtaliya mətbuatına müsahibəsində ölkəmizdə işə başlamağı səbirsizliklə gözlədiyini bildirib.
AZƏRTAC “İl Resto del Carlino” nəşrinə istinadla xəbər verir ki, 64 yaşlı mütəxəssis hazırda bütün diqqətini Azərbaycan millisinə yönəltdiyini vurğulayıb.
“Yenidən baş məşqçi kimi fəaliyyətə başlayıram. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim. Gələcəkdə texniki direktor kimi də işləyə bilərəm”, - deyə italiyalı mütəxəssis əlavə edib.
Qeyd edək ki, AFFA məşqçi ilə il yarım müddətinə müqavilə bağlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]