Cari ildə Beyləqanda 31 hektar sahədə yeni meşələr salınmışdır
Beyləqan, 16 iyul (AZƏRTAC). Beyləqan rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, rayonun meşə fondu ərazisi 9 min 500 hektardır. Bu ilin əvvəlindən 31 hektar sahədə göyrüş, akasiya, qarağac və digər ağac növlərindən ibarət yeni meşə sahəsi salınmış, 60 hektar meşələrdə bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 0,2 hektar sahədə 10 min ədəd qələm basdırılmış, 1,5 hektarda (28 min ədəd) böyütmə sahəsi yaradılmış, 2 hektar sahədə tinglik salınmışdır.
Payız mövsümündə növbəti meşə əkinlərinə başlanılacaqdır. İlin sonunadək daha 69 hektarda yeni meşələrin massivinin salınması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]