Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Caspian Energy Tourism Forum”unda turizm sektoru ilə bağlı əsas məsələlərə toxunulub

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakıda “Caspian European Club” və “Caspian American Club” tərəfindən turizm sektoruna həsr olunmuş “Caspian Energy Tourism Forum”unun xüsusi sessiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə keçirilən xüsusi sessiyada turizm sektoru ilə bağlı əsas məsələlər və problemlər müzakirə edilib.

Nazir müavini iştirakçılara ölkənin turizm sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, planlar və perspektivlər barədə məlumat verib.

Dövlətlə sahibkarlar arasında səmərəli dialoq üçün yaradılmış şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirən Nazim Səmədov nazirliyin sahibkarlar və onları təmsil edən ictimai təşkilatlarla diskussiya üçün hər zaman açıq olduğunu vurğulayıb.

Qeyd edib ki, son illər ölkəmizdə qeyri-neft sektorunun bir çox sahələri, o cümlədən turizm öz inkişaf dövrünü yaşayır. “Əlbəttə bu, ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı üzrə uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir. Məhz bu tədbirlərin nəticəsində turizm sektorunda mühüm nailiyyətlər əldə etmişik”, - deyə nazir müavini vurğulayıb.

Statistik göstəricilər barədə söz açan nazir müavini son iki il ərzində ölkəmizə xarici turist axınının artdığını vurğulayıb: “2015-ci illə müqayisədə ölkəmizə gələn xarici turistlərin sayı 2016-cı ildə 11,7 faiz artaraq 2 milyon 248 800 nəfər olub. Bu ilin ilk 9 ayı ərzində Azərbaycana səfər etmiş əcnəbi vətəndaşların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 20,9 faiz, yəni 2 milyon 71918 nəfər artıb. Əsas artım Rusiya, İran, BƏƏ və İraqdan gələn turistlərin sayında müşahidə olunur”.

Bakı Şopinq Festivalının əhəmiyyətini qeyd edən N.Səmədov festivalın təşkilinə dövlət büdcəsindən 5,6 milyon manat ayrılmasına baxmayaraq, xərclənən vəsaitin 1 milyon manatı keçmədiyini bildirib.

Nazir müavini vurğulayıb ki, turistlərin məmnunluğunu yüksəltmək üçün “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” əsasında milli turizm keyfiyyət sisteminin yaradılması planlaşdırılır.

Görüşdə, həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi istiqamətləri qeyd olunub, eyni zamanda “Caspian European Club” və “Caspian American Club”un üzv şirkətlərini maraqlandıran suallar müzakirə edilib.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin iş adamlarının, eləcə də kluba üzv şirkətlərinin problemlərinin həllindəki fəal iştiraka görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Telman Əliyev xatırladıb ki, dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb və onun sədri Prezident İlham Əliyevdir.

“Caspian European Club” Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb olunmasında, orta və kiçik biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə Telman Əliyev söyləyib.

O, həmçinin ilin sonunadək “Caspian European Club” tərəfindən iqtisadiyyatın başqa sahələri üzrə də bir sıra tədbirlərin keçiriləcəyini əlavə edib. Qeyd edib ki, “Caspian Energy Georgia”nın sentyabr ayından Gürcüstan ərazisində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy İnternational Media Group”un maraqlarını təmsil edir. “Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsi çərçivəsində Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin “Caspian European Club”un dəstəyi ilə gələn ilin martında 5-ci Beynəlxalq “Caspian Energy Forum”u təşkil olunacaq.

Biznes-forumda Nazim Səmədova “Caspian European Club” və “Caspian American Club”un fəxri üzvlük sertifikatı təqdim olunub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Avropa İttifaqından olan 200-ə yaxın biznesmen, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Günün ikinci yarısında 7-ci “CEO Lunch Baku” təşkil olunub. Telman Əliyev “Caspian European Club” və “Caspian American Club”un hər ayın üçüncü çərşənbə günü CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə Bakıda “CEO Lunch” təşkil etdiyini vurğulayıb. O, Bakıda növbəti “CEO Lunch”ın noyabrın 15-də “Caspian Energy Finance Forum” çərçivəsində baş tutacağını bəyan edib.

Daha sonra qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub.

Sonda “Caspian European Club” və “Caspian American Club”da təmsil olunan və buradakı fəaliyyətini davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

“Caspian Energy”, “Caspian Energy Forum”, “Caspian Energy Award”, “Caspian Energy Club”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club”, “Caspian American Forum”, CEO, “CEO Lunch”, “Brand Award” və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və “Caspian Energy International Media Group”a məxsusdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar