CAVAD XANIN XATİRƏSİ UNUDULMAZDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qəhrəmanın şəhid olduğu günü əbədiləşdirmək məqsədi ilə şəhər rəhbərliyi hər il yanvarın 3-5-nin Gəncədə Cavad xanın qəhrəmanlıq günləri kimi qeyd olunması barədə sərəncam imzalamışdır. Bu münasibətlə məqbərə qarşısında keçirilən anma mərasimində çıxış edənlər Cavad xanın qəhrəmanlıqlarından söhbət açmış, Gəncə Dövlət Dram Teatrının aktyorları “Cavad xan” pyesindən parçalar göstərmişlər.