CƏLİLABADDA TAXIL YIĞIMI İLƏ ƏLAQƏDAR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Rayonun hüquq-mühafizə orqanlarının, yanğın təhlükəsizliyi xidmətinin, elektrik şəbəkəsinin texniki nəzarət müfəttişliyinin, bələdiyyələrin, ərazi icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və taxılçılıqla məşğul olan fermer təsərrüfatları rəhbərlərinin iştirak etdiyi müşavirədə RİH-nin başçısı Taleh Qaraşov çıxış edərək taxıl biçininə hazırlıqla əlaqədar qarşıda duran vəzifələrdən və həlli vacib olan məsələlərdən danışmışdır.
Cəlilabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nazim Səlimov biçinə hazırlığın vəziyyəti barədə iştirakçılara məlumat vermişdir.
O, 48 min 539 hektarda yetişdirilmiş taxıl məhsullarının itkisiz və optimal müddətdə yığımını təmin etmək məqsədi ilə lazımi tədbirlərin görüldüyünü vurğulayaraq, bu məqsədlə rayonda yaradılmış qərargahın fəaliyyətindən söhbət açmışdır.
Sonda RİH-in başçısı T.Qaraşov təkliflər və qaldırılan məsələlərlə əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]