CƏLİLABADIN MƏRKƏZİ PROSPEKTİNƏ HEYDƏR ƏLİYEVİN ADI VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əhalinin çoxsaylı müraciətlərinə əsasən rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Cəlilabad rayonunun mərkəzi prospektinə Heydər Əliyevin adı verilmişdir.
Park və xiyabanların yerləşdiyi və 4 kilometr uzunluğunda olan prospektdə hər həftənin şənbə və bazar günləri iməciliklər keçirilir. Böyük öndərin adını daşıyan prospektin hər iki tərəfində bəzək ağacları əkilmiş, güllüklər salınmışdır.