CENEVRƏDƏ “MİQRASİYA VƏ BEYNƏLXALQ İNKİŞAF” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, fevralın 2-3-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq İnkişaf Departamentinin birgə layihələri çərçivəsində “Miqrasiya və beynəlxalq inkişaf” mövzusunda beynəlxalq seminar keçiriləcəkdir.
Seminarda iştirak edən dövlətlər, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları miqrasiya və inkişafın qarşılıqlı münasibətini müəyyən edən məsələlərə dair fikir mübadiləsi aparacaqlar.
Seminarın başlıca məqsədi miqrasiyanın dövlətlərin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında oynadığı rolu və əhəmiyyətini nəzərə çatdırmaq, miqrasiya proseslərinin diaspor ilə birbaşa əlaqəsini göstərməklə qarşılıqlı əməkdaşlıq şəraitinə müsbət təsir göstərəcək vasitələri müəyyənləşdirməkdən ibarətdir. Tədbirdə, həmçinin, diaspor nümayəndələrinin hüquq və azadlıqlarının qorunması, onların öz milli varlığını yaşatması və inkişaf etdirməsi istiqamətində dövlətlərin həyata keçirdiyi tədbirlər müzakirə ediləcəkdir.
Seminarda Azərbaycanı Xarici İşlər Nazirliyinin və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]