Cənubi Afrikada ispan turist fillər tərəfindən öldürülüb
Bakı, 10 iyul, AZƏRTAC
İspan turist Cənubi Afrikanın Şimal-Qərb vilayətindəki milli parkda fillər tərəfindən öldürülüb.
AZƏRTAC “The Guardian” saytına istinadla xəbər verir ki, Şimal-Qərb vilayətində polis idarəsinin mətbuat katibi Sabata Mokgvabon hadisənin yerli vaxtla saat 11:00 radələrində baş verdiyini bildirib. O, 43 yaşlı kişinin Pilanesberq qoruğunda fillər tərəfindən öldürülməsindən sonra istintaqa başlanıldığını qeyd edib.
Məlumata görə, həmin şəxs avtomobilini saxlayıb və şəkil çəkdirmək üçün fillərə yaxınlaşıb. Nəticədə heyvanlar ona hücum çəkiblər və daha sonra avtomobildə olanlara toxunmadan uzaqlaşıblar.
Şuranın təbiəti mühafizə üzrə baş məsul işçisi Pieter Nel bildirib ki, fillər kişinin hərəkətindən təşvişə düşüb. O, fillərin balalarını müdafiə etməyə çalışmasının normal olduğunu söyləyib.
Qeyd edək ki, milli parkın qaydalarına əsasən, insanların parkda nəqliyyat vasitələrindən düşməsinə icazə verilmir, yalnız avtomobillərində olarkən şəkil çəkdirmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]