Cənubi Koreya 2024-cü ildən hərbi biorobotlar tətbiq etməyi planlaşdırır
Bakı, 12 may, AZƏRTAC
Cənubi Koreya 2024-cü ildən heyvanları, ilanları, həşəratları imitasiya edən hərbi robotların tətbiqinə başlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Yonhap informasiya agentliyi bu barədə silah alınması proqramı üzrə agentliyin məruzəsinə istinadla məlumat yayıb. Əsas müdafiə texnologiyaları layihələrinin yer aldığı sənəddə qeyd olunur ki, planlar reallaşdığı təqdirdə həşəratlar, sürünənlər və dəniz canlılarının obrazında yaradılan robotların tətbiqinə artıq 2024-cü ildə başlanılacaq.
Agentlik nümayəndəsinin sözlərinə görə, biorobotlar gələcək müharibələrdə oyun qaydalarını dəyişəcək, bununla bağlı texnologiyalar isə müdafiə sənayesi sahəsində böyük dəyişikliklərə səbəb olacaq. Belə robotlardan axtarış-xilasetmə əməliyyatlarında və kəşfiyyat məqsədləri ilə də istifadə edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]