Cənubi Koreya və Yaponiya liderləri regional əməkdaşlığı müzakirə edir
Pekin, 13 yanvar, AZƏRTAC
Cənubi Koreya Prezidenti Li Cemyön Yaponiyada səfərdədir.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreya Prezidenti Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə paytaxt Tokioda yox, Baş nazirinin doğma şəhəri Narada görüşüb. Prezident Li Cemyön mürəkkəb beynəlxalq vəziyyətə işarə edərək iki ölkə arasında əməkdaşlığın indi hər zamankından daha vacib olduğunu deyib. O, iki ölkənin 60 il ərzində faydalı münasibətlər qurduğunu, qarşıdakı 60 ildə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi regional sabitliyi təşviq etmək üçün Prezident Li Cemyönlə yaxından işləməyə hazır olduğunu deyib.
Qeyd edək ki, bu, Cənubi Koreya və Yaponiya liderinin son 3 ayda üçüncü görüşü, Li Cemyönün isə prezident vəzifəsində Yaponiyaya ikinci səfəridir. Tərəflər Yaponiyanın 1910-1945-ci illərdə Koreya yarımadasını nəzarətdə saxladığı dövrlə əlaqəli tarixi yaraları kənara qoyaraq, gələcəyə yönəlmiş münasibətləri inkişaf etdirmək niyyətlərini bəyan ediblər.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]