Cənubi Koreyada KXDR lideri ilə görüşü hazırlayacaq komissiya yaradılıb
Bakı, 9 mart, AZƏRTAC
Cənubi Koreya Prezidenti Mun Ce-in onun KXDR lideri Kim Çen Inla görüşünün hazırlığı ilə məşğul olacaq komissiya yaradıb. Komissiyaya prezident administrasiyasının rəisi İm Çjon Sok rəhbərlik edəcək.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikası prezidentinin mətbuat katibi məlumat yayıb. “Komitənin əsas vəzifəsi aprel sammitinə dair real sazişə nail olmaqdır”, - deyə məmur bildirib.
Bundan əlavə, Mun Ce-in ABŞ Prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın görüşü barədə əldə olunan razılaşmanı da təqdir edib. “May ayında baş tutacaq görüş Koreya yarımadasında real sülhə nail olmaq üçün tarixi mərhələdir. Əgər Prezident Tramp və Kim Çen In Koreyalararası sammitdən sonra görüşsələr, Koreya yarımadasının nüvəsizləşdirilməsi doğru məcraya yönələr”, - deyə prezident qeyd edib.
Bu ərəfədə məlum olub ki, Prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşməyə razılıq verib. Eyni zamanda, KXDR konkret addımlar atana qədər ABŞ ona təzyiq göstərmək mövqeyində dayanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]