Cənubi Koreyada yük avtomobili sürücüləri tətilə başlayıb
Pekin, 25 noyabr, AZƏRTAC
Cənubi Koreyada yük avtomobili sürücüləri nəqliyyat xərclərinin çoxalmasına etiraz əlaməti olaraq üçgünlük tətilə başlayıblar.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, “Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatının elan etdiyi tətil bütün ölkəni əhatə edir. Sürücülər sifarişçi şirkətlərdən daşımalara görə onlara ödənilən məbləğin, habelə bədbəxt hadisələrə görə sığorta ödənişlərinin çoxaldılmasını da tələb edir.
“Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatı 2016-cı ildən sonra keçirilən ilk tətil çərçivəsində noyabrın 27-də paytaxt Seulda kütləvi yürüşün təşkil olunacağını açıqlayıb. Təşkilatın rəsmisi bildirib ki, yanacağın qiymətinin bahalanması və digər xərclərin çoxalması səbəbindən yüklərin daha tez çatdırılması tələb olunur. Nəticədə sürücülər avtomobilləri daha sürətlə idarə etməli olurlar ki, bu da təhlükəlidir. Bundan başqa, sürücülər iş saatlarından əlavə çalışmağa məcbur qalırlar.
Mütəxəssislər bu tətilin logistik böhran yarada biləcəyini düşünür. Çünki ölkədə təxminən 10 min yük avtomobili sürücüsünün əksəriyyəti “Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatına üzvdür.
Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi məsələnin həlli üçün danışıqları davam etdirdiyini açıqlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:31]
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]