Çağ Öyrətim şirkətinin Bakı Özəl Turk Liseyinin şagird və müəllimləri “Eko-park”da olmuşlar
Bakı, 4 iyun (AZƏRTAC). Çağ Öyrətim şirkətinin Bakı Özəl Türk liseyinin şagird və müəllimləri üçün “Eko-park”a ekskursiya təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, ekskursiya iştirakçıları əvvəlcə təhlükəsizlik təlimatı ilə tanış olmuş, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji layihələri” mövzusunda təqdimat materialına baxmışlar.
Sonra qonaqlara “Eko-park”ın tarixçəsi, yaradılmasının məqsədi, istehsalat sahələri və infrastrukturu, parkda quraşdırılan külək generatorları, günəş batereyaları və digər texnologiyalar barədə ətraflı məlumat verilmişdir. Məktəblilər parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif bitkilərin bioekoloji xüsusiyyətləri və becərilmə üsulları ilə tanış olmuşlar. Onlar körpə fidanları xüsusi qablara əkərək, qabların üzərində öz ad və soyadlarını yazmışlar.
Daha sonra tədbir iştirakçıları üçün parkın istirahət zonasında elektromobil və velosiped gəzintisi təşkil olunmuş və onlara “Eko-park”ın istehsalat fəaliyyəti ilə əyani tanışlıq imkanı yaradılmışdır.
Tədbirin sonunda müəllim və şagirdlərlə xatirə şəkilləri çəkdirilmiş və bu görüşlərin davamlı olması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]