Çaylarda sululuq azalıb
Bakı, 16 may, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-75, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Mayın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 314 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Bu məntəqədə su sərfi saniyədə 160 kubmetr olub.
Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 8 santimetr azalıb.
Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 380, Salyanda 243, Bankədə 193, Novruzlu məntəqəsində isə 85 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:40]
UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarını bərpası davam etdirilir
- 05.06.2026 [11:29]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO
- 05.06.2026 [11:25]
Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb
- 05.06.2026 [08:00]
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]