Çaylarda sululuqla bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 1 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən oktyabrın 1-də çaylarda sululuqla bağlı araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 25-55, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2, Qanıx çayının Əyriçay məntəqəsində isə 5 santimetr azalma müşahidə olunmuşdur.
Kür çayının aşağı axınındakı məntəqələrdə (Salyan və Bankə istisna olmaqla) və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində artım qeydə alınmışdır.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 342, Şirvanda 205, Salyanda 170, Bankədə 202, Araz çayının Novruzlu məntəqəsində isə 170 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]