Çaylarda suyun səviyyəsi azalmışdır
Bakı, 8 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-140, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-260, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil etmişdir.
İyulun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 78 kubmetrdir.
Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilmişdir.
Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsinin 2 santimetr azaldığı, su sərfinin saniyədə 124 kubmetr təşkil etdiyi müşahidə olunmuşdur.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 368, Şirvanda 232, Salyanda 166, Bankədə 228, Araz çayının Novruzlu məntəqəsində isə 88 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]