Çaylarda suyun səviyyəsi düşmüşdür
Bakı, 19 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 70-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil etmişdir.
İyulun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 2 santimetr azaldığı, su sərfinin saniyədə 65 kubmetr olduğu qeydə alınmışdır.
Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsinin 19 santimetr azaldığı müəyyən edilmişdir. Bu məntəqədə su sərfi saniyədə 69 kubmetr təşkil etmişdir.
Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 316, Şirvanda 153, Salyanda 95, Bankədə 227, Araz çayının Novruzlu məntəqəsində isə 48 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]