Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 27 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 27-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil etmişdir.
Yağan yağışlar nəticəsində Kiçik Qafqazın çaylarında 1-3, Quba-Xaçmaz bölgəsi çaylarında isə 2-4 santimetr artım qeydə alınmışdır.
Araşdırmaya görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 14 santimetr artmış, su sərfi saniyədə 240 kubmetr olmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsi 2 santimetr azalmışdır.
Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsində 1, Şirvanda 14, Salyanda 13, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 20 santimetr azalma müşahidə olunmuşdur.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]