Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 10 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə görə, ötən günlər ərzində arabir yağan yağışlar nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 8-10, Kiçik Qafqazın çaylarında 1-3, Lənkəran-Astara bölgəsi çaylarında isə 7-11 santimetr artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
İyunun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 5 santimetr azaldığı, su sərfinin saniyədə 188 kubmetr təşkil etdiyi qeydə alınmışdır.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 55 santimetr artmış, su sərfi saniyədə 218 kubmetr olmuşdur. Kür çayının aşağı axınında isə suyun səviyyəsində ciddi dəyişikliklər müşahidə olunmamışdır.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 425, Şirvanda 301, Salyanda 260, Bankədə 241, Araz çayının Novruzlu məntəqəsində isə 180 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]