Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 23 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-70, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında və Naxçıvan MR çaylarında isə 10-50 faizini təşkil etmişdir.
İyulun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 24 santimetr azalma qeydə alınmışdır. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsinin 5 santimetr azaldığı müəyyən edilmişdir.
Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 317, sm Şirvanda 153, Salyanda 90, Bankədə 211, Araz çayının Novruzlu məntəqəsində isə 45 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]