Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 26 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, iyulun 25-i axşamdan 26-sı səhərədək leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarında sululuq artmış, Talaçaydan sel keçmişdir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-70, Kiçik Qafqazın çaylarında 60-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-80, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil etmişdir.
Son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 131 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunmuşdur. Bu məntəqədə su sərfi saniyədə 51.0 kubmetr təşkil etmişdir.
İyulun 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır. Çayın Surra məntəqəsində suyun səviyyəsinin 314, Şirvanda 153, Salyanda 100, Bankədə 225, Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]