Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 2 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 10-90, Kiçik Qafqazın çaylarında 70-90, Lənkəran-Astara bölgəsi çaylarında 90-210, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil etmişdir.
Avqustun 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18, Qanıx çayının Əyriçay məntəqəsində isə 5 santimetr azalma müşahidə olunmuşdur.
Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən artdığı qeydə alınmışdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsinin 374, Şirvanda 225, Salyanda 135, Bankədə 209, Araz çayının Novruzlu məntəqəsində isə 98 santimetr olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]