ÇEMPİONLAR LİQASI TURNİRİNİN QALİBİ KİM OLACAQ?
AZƏRTAC xəbər verir ki, 1956-cı ildən başlayaraq keçirilən bu mötəbər turnirin (turnir 1991-ci ilədək Avropa çempionlar kuboku adlanırdı) finalında İspaniya-İngiltərə klublarının qarşılaşması ikinci dəfə baş tutacaqdır. 1980-1981-ci il turnirinin finalındakı ilk mücadilədə “Liverpul” 1:0 hesabı ilə “Real”a qalib gəlmişdi.
“Barselona” klublar arasında qitəmiqyaslı bütün futbol turnirlərinin qalibidir. Komanda 1992-ci ildə Avropa Çempionlar kuboku, 3 dəfə UEFA kuboku, 4 dəfə hazırda keçirilməyən Kuboklar kuboku turnirlərinin və 2 dəfə Avropa superkubokunun (bu kubok uğrunda Çempionlar liqası və UEFA kuboku turnirlərinin qalibləri mübarizə aparır) sahibi olmuşdur. “Arsenal” isə UEFA kuboku və Kuboklar kuboku turnirlərinin hərəsində bir dəfə qalib gəlmiş, Çempionlar liqası turnirinin finalına ilk dəfə çıxmışdır.
Əksər mütəxəssislərin fikrincə, gərgin mübarizə şəraitində keçəcək final görüşündə daha təcrübəli və güclü “Barselona” üstün gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]