Çex Respublikasında Avropa Parlamentinə seçkilər başlayır
Praqa, 7 iyun, AZƏRTAC
Çexlər növbəti beş il üçün öz ölkələrinin Avropa Parlamentindəki nümayəndələrinə səs verəcəklər.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu gün və sabah Avropa Parlamentinə seçkilərdə səsvermə üçün bütün Çex Respublikasında seçki məntəqələri açılacaq. Çexlərə koalisiyalar da daxil olmaqla, 30 partiya arasında seçim imkanı yaradılıb. Daha böyük uğur qazanmaq şansı parlamentin Deputatlar palatasında təmsil olunan fraksiyalara məxsusdur. Yalnız Çex Respublikasında fəaliyyət göstərən partiyanın namizədinə səs vermək mümkün olacaq. Seçilmiş namizədlər parlamentdə digər ölkələrdən olan həmkarları ilə birlikdə eyni fraksiya çərçivəsində işləyirlər.
Səsvermə cümə günü saat 14:00-dan 22:00-dək və ya şənbə günü 08:00-dan 14:00-dək keçiriləcək. Nəticələr yalnız bazar günü gecəyarısı elan ediləcək.
Seçkilər təkcə Avropa Komissiyasının yeni Prezidentinin kim olacağına yox, həm də milli qanunvericilikdə əks olunacaq gələcək Avropa qaydalarına da təsir edəcək.
Çex seçicilərinin Avropa Parlamentinə seçkilərdə fəallığı təxminən 30 faiz təşkil edə bilər ki, bu da bütün ənənəvi seçki növləri üzrə ən aşağı rəqəmdir.
Bu dəfə Çexiya vətəndaşlarına 674 namizəd arasından seçim etmək imkanı yaradılıb, lakin onlardan yalnız 21-i Avropa deputatı kürsüsünü tuta bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]