Çin Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tərəfdardır
Pekin, 15 sentyabr, AZƏRTAC
Çin Xalq Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun həllinə tərəfdardır.
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xon Ley Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi qondarma “bələdiyyə seçkiləri”ni şərh edərkən deyib. O, ölkəsinin məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini bir daha bəyan edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:32]
YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib
- 02.10.2026 [11:17]