Çin Dünya Səhiyyə Təşkilatına daha 30 milyon dollar ayırıb
Bakı, 23 aprel, AZƏRTAC
Çin COVID-19 koronavirus infeksiyası ilə mübarizə aparmaq üçün Dünya Səhiyyə Təşkilatına daha 30 milyon dollar ayırmaq barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çuninin “Twitter” səhifəsində yerləşdirilib.
“Çin Dünya Səhiyyə Təşkilatının COVID-19 infeksiyası ilə qlobal mübarizəsinə dəstək vermək, xüsusən inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinin inkişafı üçün əlavə olaraq daha 30 milyon dollar nağd pul ayırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Çin bundan öncə mart ayının 11-də Dünya Səhiyyə Təşkilatına 20 milyon dollar ayırmışdı.
Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda, demək olar, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]